İlkin razılığa əsasən, Nağıyev ikinci yarıdan etibarən "Sumqayıt"ın, Həsənalızadə isə "Zirə"nin şərəfini qoruyacaq. Artıq futbolçuların yeni klubun bazasına yollanıb rəsmi müqaviləyə qol çəkməsi qalıb.

"Zirə"li Adil Nağıyevlə "Sumqayıt"lı Bəxtiyar Həsənalızadənin dəyişdirilməsi məsələsi böyük ölçüdə həll olunub. Matç.az saytının məlumatına görə, klublar arasında danışıqlar müsbət nəticə verib.

İlkin razılığa əsasən, Nağıyev ikinci yarıdan etibarən "Sumqayıt"ın, Həsənalızadə isə "Zirə"nin şərəfini qoruyacaq. Artıq futbolçuların yeni klubun bazasına yollanıb rəsmi müqaviləyə qol çəkməsi qalıb. Bunun isə məhz bu gün reallaşması gözlənilir.

Qeyd edək ki, Adil Nağıyev bu mövsüm "Zirə"nin heyətində 12, Bəxtiyar Həsənalızadə isə "Sumqayıt"da 14 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest