"Bavariya"nın futbolçusu Kinqsli Koman avtoqəzaya düşüb. Matç.az saytının məlumatına görə, Fransa yığmasının üzvü yüksək sürətlə gedərkən nəmli yolda idarəetməni itirib və maşın bordürə çırpılıb.

Ardınca 150 metr sürüşən nəqliyyat vasitəsini nəhayət dayandırmaq mümkün olub.

Futbolçu özü və digər şəxslər fiziki xəsarət almaslar da, avtomobilə ciddi ziyan dəyib.

Müayinə zamanı Komanın spirtli içki qəbul etmədiyi, eyni zamanda sürət həddini aşmadığı üçün oyunçu sadəcə qəza şəraiti yaratdığı səbəbilə cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest