Avropa ölkələrinin yüksək liqalarında ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. Matç.az saytı xəbər verir ki, cədvəldə "payız-yaz" sistemli çempionatların 2018/19, "yaz-payız" sistemli yarışların 2018 mövsümünün göstəriciləri əksini tapıb.

Topaz Premyer Liqasının 7 turundan sonra 5 qolla çempionatın bombardiri olan Marko Deviç Avropada 175-ci yerə şərikdi. O, 5 dəfə fərqlənən 49 oyunçudan biridi. "Sabah"ın ukraynalı legionerinin şərikləri arasında Edinson Kavani, Harri Keyn, Serxio Aquero, çiro İmmobile kimi ulduzlar da var.

Qeyd edək ki, cədvələ Estoniya çempionatında 29 qol vuran Liliu (Nomme Kalyu) başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest