"Milan" baş məşqçisi Cennaro Qattuzonu istefaya göndərməyə hazırlaşır. Matç.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, A seriyası təmsilçisi onun əvəzləyicisini də tapıb.

Belə ki, rəhbərlik "rossonyerlər"in idman direktoru Leonardonu baş məşqçi postuna gətirməyi planlaşdırır. Artıq növbəti məğlubiyyət bu dəyişikliyin reallaşmasına səbəb ola bilər. 2009-10 mövsümündə komandanı çalışdırmış Leonardo əvvəlki işini görməyə hazırdı.

Qeyd edək ki, bütün turnirlərdə keçirdiyi son 5 oyunda məğlub olan "Milan" hazırda A seriyasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest