Donetsk "Şaxtyor"unun və Braziliya yığmasının hücumçusu Tayson uzun müddətə sıradan çıxıb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, Ukrayna Premyer Liqasının XI turunda "Zarya" ilə qarşılaşmanın sonlarında zədələnərək əvəzlənib.

PSJ-nin hücumçusu Neymar isə 6 həftəlik sıradan çıxan həmyerlisinin zədələnməsinə münasibət bildirib. O, "Zarya"nın futbolçularını kobud oynamaqda ittiham edib: "Aman Tanrım, bu, dəlilikdi. Onlar futboldan qovulmalıdı. Bunu qəbul etmək olmaz".

Qeyd edək ki, Tayson 2013-cü ildən "Şaxtyor"un formasını geyinir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest