İtaliyanın "Verona" klubunda koronavirusa yeni yoluxma faktı qeydə alınıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə A Seriyasının 24-cü turu çərçivəsində "Yuventus"la oyundan öncə klub kollektivindən götürülmüş COVİD-19 testlərindən birinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Koronavirusa yoluxmuş şəxsin kimliyi açıqlanmır.
 
Qeyd edək ki, bu gün keçiriləcək "Verona" – "Yuventus" matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest