Futbol üzrə Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub. 
 
"Hatayspor" doğma meydanda "Ankaragücü"nə böyük hesabla qalib gəlib. "Fatih Karagümrük" də "Alanyaspor"u məğlub yola salıb. 
 
"Antalyaspor" – "Başakşəhər" və "Rizəspor" – "Sivasspor" matçlarında qapılara qol vurulmayıb.
 
Lider "Qalatasaray" isə "Ərzurumspor"u sınağa çəkib. İstanbul təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
 
Türkiyə Super Liqası
27-ci tur
26 fevral
 
Gənclərbirliyi – Yeni Malatyaspor 1:1
Qol: E.özbir, 60-öz qapısına – Tetteh, 34.
 
Konyaspor – Qaziantep 0:0
 
Beşiktaş – Dənizlispor 3:0
Qol: Larin, 22. Abubakar, 38. Lyayiç, 39.
 
27 fevral
 
Hatayspor – Ankaragücü 4:1
Qol: Diuf, 45; 55-pen. Akintola, 65-pen; 74 – Borven, 16.
 
Fatih Karagümrük – Alanyaspor 2:0
Qol: Ndao, 50. Borini, 88.
 
Antalyaspor – Başakşəhər 0:0
 
Rizəspor – Sivasspor 0:0
 
Qalatasaray – Ərzurumspor 2:0
Qol: M.Məhəmməd, 38; 45.
 
28 fevral
 
17:00 Göztəpə – Kasımpaşa
20:00 Trabzonspor – Fənərbaxça

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest