Futbol üzrə Rusiya Premyer Liqasında 20-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Ufa" ilə qarşılaşıb. Əliyevin komandası bu görüşdən qələbə ilə ayrılıb - 2:1.
 
Kamran bu matçın iştirakçısı olmayıb. Əliyev sonadək ehtiyatda qalıb.
 
20 turdan sonra 28 xalı olan "Ximki" 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest