"Real"ın yarımmüdafiəçisi Luka Modriç komandasını dəyişmək fikrindədi. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, xorvatiyalı futbolçu "kral klubu"nun yeni müqavilə təklifini qəbul etməyib.

Madridlilər 33 yaşlı orta sahə oyunçusunun 2020-ci ilin yayına qədər olan müqaviləsinin yenilənməsinə çalışıb. Lakin rəhbərliyin ilk cəhdi uğursuz olub. Konkret detallar açıqlanmasa da, futbolçunun məvacibdə anlaşmadığı vurğulanıb. Xorvatiya millisinin kapitanına "İnter" illik 10 milyon avro maaş verməyə hazırdı.

Qeyd edək ki, Luka Modriç "Real"a 2012-ci ildə "Tottenhem"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest