"Tottenhem"in müdafiəçisi Yan Vertongenin durumuna aydınlıq gəlib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, belçikalı futbolçu uzun müddət komandasına kömək edə bilməyəcək.

Tibbi müayinədən sonra zədənin ciddi olduğu üzə çıxıb. Həkimlər onun 2 ay yaşıl meydanlardan uzaq qalacağını ehtimal edirlər. Hətta bu müddətin daha uzun olması istisna olunmur.

Bu isə Vertongen üçün 2018-ci ilin başa çatması deməkdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest