21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd açıqlanıb. AFFA-nın Məşqçilər Komitəsinin və baş katibliyin birgə fəaliyyəti çərçivəsində vəzifəsinə müxtəlif mütəxəssislərin namizədliyi müzakirə olunub.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd açıqlanıb. Matç.az xəbər verir ki, AFFA-nın Məşqçilər Komitəsinin və baş katibliyin birgə fəaliyyəti çərçivəsində vəzifəsinə müxtəlif mütəxəssislərin namizədliyi müzakirə olunub.

Həmin məşqçilərlə görüşlər keçirilib. Hazırda U-21-in baş məşqçisi vəzifəsinə namizəd serbiyalı mütəxəssis Milan Obradoviçdir.

Bütün şərtlərlə bağlı qarşılıqlı razılıq əldə ediləcəyi təqdirdə, Azərbaycan U-21 millisinin baş məqşçisi vəzifəsi Məşqçilər Komitəsinin təqdimatına əsasən Milan Obradoviçə həvalə olunacaq. (affa.az)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest