İtaliya klubu "Cenoa"da baş məşqçi dəyişikliyi olub. Matç.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Belə ki, Davide Ballardini ilə yollarını ayıran A seriyası təmsilçisi onun yerinə dərhal yeni çalışdırıcı tapıb. Rəhbərlik xorvatiyalı İvan Yuriçi komandanın "sükanı arxası"na gətirib.

Qeyd edək ki, Ballardini "Cenoa"ya məhz Yuriçin yerinə gəlmişdi. Xorvatiyalı mütəxəssis 2016-17 mövsümündə də bu klubu çalışdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest