"Arsenal"ın baş məşqçisi Unay Emeri qış fasiləsində ixtiyarında görmək istədiyi futbolçuların siyahısını rəhbərliyə təqdim edib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı mütəxəssis "Sevilya"nın yarımmüdafiəçisi Ever Baneqanın xidmətində maraqlıdı.

Emeri keçmiş yetirməsinin alınmasının vacibliyini rəhbərliyə çatdırıb. Bu mövsüm 28 oyunda 8 qol, 5 məhsuldar ötürmə ilə yadda qalan 30 yaşlı orta sahə oyunçusunun "Sevilya" ilə müqavilə müddəti 2020-ci ilin yayına qədərdi. Hazırda onun transfer qiyməti 20 milyon avro dəyərində göstərilir.

Qeyd edək ki, Baneqa 2014-2016-cı illərdə "Sevilya"da Emerinin rəhbərliyi altında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest