Təmkin Xəlilzadə "Qəbələ" ilə yollarını ayırıb. Bunu futbolçu özü şəxsi instaqram hesabı vasitəsilə yayıb.

Təmkin Xəlilzadə "Qəbələ" ilə yollarını ayırıb. Matç.az xəbər verir ki, bunu futbolçu özü şəxsi instaqram hesabı vasitəsilə yayıb.

Milli komandamızın üzvü "qırmızı-qaralar"la vidalaşıb: "Hər şey üçün təşəkkürlər, "Qəbələ"! Bir il ərzində özümü evimdəki kimi hiss etdirən komanda yoldaşlarıma, məşqçilərimə və azarkeşlərimə təşəkkür edirəm! Komandanın yolu uğurlu və açıq olsun!"

Xəlilzadənin bu gün "Sabah"la müqavilə bağlaması gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest