"Yuventus"un yarımmüdafiəçisi Xuan Kuadrado uzun müddət komandasından ayrı qalacaq. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, 30 yaşlı futbolçu əməliyyat olunub.

Belə ki, Kolumbiya yığmasının üzvü dizindən cərrahiyyə əməliyyatı keçirib. Həkimlər onun yaxın günlərdə bərpa prosesinə başlayacağını açıqlayıb. Ancaq futbolçu yalnız 3 aydan sonra yaşıl meydanlara qayıda biləcək.

Qeyd edək ki, Xuan Kuadrado bu mövsüm "Yuventus"un heyətində 16 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest