İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Markus Reşford sıradan çıxıb.
 
Matc.az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.
 
İngilis futbolçu Premyer Liqanın 27-ci turunun "Mançester Siti" ilə səfər matçında zədələnib. Reşford bu gün tibbi müayinədən keçəcək və onun nə qədər müddətə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşəcək.
 
Qeyd edək ki, "Mançester Yunayted" səfərdə "Mançester Siti"yə 2:0 hesabıyla qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest