"Qarabağ"ın qış təlim-məşq toplanış planı məlum olub. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ağdamlılar yanvarın 6-da Antalyaya yollanaraq hazırlıqlara start verəcək.

Təlim-məşq toplanışı 21 gün davam edəcək və komanda bu müddətdə 5 yoxlama oyunu keçirəcək. Rəqiblər də artıq bəllidi. Baş məşqçi Qurban Qurbanov yanvarın 12-də Rumıniyanın "Botoşani", 16-da özbəkistanın "Paxtakor", 19-da çexiyanın "Bohemians", 23-də Polşanın "Pyast", 26-da isə Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə görüşdə yetirmələrini sınayacaq.

Yanvarın 27-də "Qarabağ" Bakıya dönərək fevralın 3-də "Neftçi"ylə baş tutacaq matçın hazırlıqlarını burda davam etdirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest