Futbol üzrə İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiola ötən ayın ən yaxşısı elan olunub.
 
Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. "Şəhərlilər"in baş məşqçisi yanvar ayında da ən yaxşı seçilmişdi.
 
Qeyd edək ki, "Mançester Siti" Qvardiolanın rəhbərliyi altında həm yanvar, həm də fevral ayında ardıcıl altı qələbəyə sevinib. Sözügedən komanda hazırda 29 oyuna topladığı 68 xalla 1-ci pillədə qərarlaşıb.
 
Premyer Liqada yanvar və fevralın ən yaxşı futbolçusu da "Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest