Futbol üzrə İtaliya A Seriyasının 3-cü turundan təxirə salınmış "Yuventus" - "Napoli" matçının vaxtı növbəti dəfə dəyişdirilib.
 
Matc.az xəbər verir ki, martın 17-də keçirilməli olan qarşılaşma aprelin 7-nə təyin olunub.
 
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Qarşılaşmanın vaxtının niyə dəyişdirildiyinə aydınlıq gətirilməyib.
 
Qeyd edək ki, "Yuventus" – "Napoli" matçı ötən il oktyabrın 4-də Turində keçiriməli idi. Lakin həmin vaxt Neapol təmsilçisinin heyətində koronavirusa yoluxma halı aşkarlandığından komanda Turinə yollana bilməmişdi. Nəticədə texniki məğlubiyyət alan klubun koronavirusla bağlı protokola əməl etmədiyi üçün bir xalı da silinmişdi.
 
"Napoli"nin iki apellyasiya şikayəti təmin edilməsə də, sonda İtaliya Olimpiya Komitəsi qərarı ləğv edərək, matçı martın 17-nə təxirə salmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest