"Liverpul"un futbolçusu Roberto Firmino Premyer Liqa tarixində het-trikə imza atan 3-cü braziliyalı olub. Matç.az xəbər verir ki, cənubi amerikalı XX turun "Arsenal"la görüşündə (5:1) 3 qola sevinib.

27 yaşlı hücumçuya qədər onun yalnız iki həmyerlisi bunu bacarıb. Robinyo "Mançester Siti", Afonso Alves "Midlsbro"da fərqlənib.

Bu, həm də iki komanda arasındakı Premyer Liqa görüşlərində 6-cı het-trikdi. İngiltərədə digər cütlərin heç birində bu qədər het-trik qeydə alınmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest