İtaliyanın "Roma" klubu müdafiəçisi Rik Karsdorpun müqaviləsinin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
26 yaşlı müdafiəçi ilə yeni sözləşmə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
 
Karsdorp 2017-ci ildən "Roma"da çıxış edir. Müdafiəçi bu mövsüm A Seriyasında 23 oyunda 1 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.
 
Niderlanddan olan futbolçu ölkəsinin yığma komandasında 3 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest