Futbol üzrə Norveç milli komandasının yeni kapitanı məlum olub.
 
Matc.az xəbər verir ki, bundan sonra sözügedən komandada kapitanlıq sarğıısını yarımmüdafiəçi Martin Edeqor daşıyacaq.
 
Bu barədə Norveç millisinin mətbuat xidməti məlumat yayıb. 
 
Norveç millisinin bundan əvvəlki kapitanı Stefan Yohansen idi. Lakin 30 yaşlı futbolçu yığmadakı karyerasını bitirdiyini açıqlayıb.
 
Edeqor İngiltərənin "Arsenal" klubunda icarə əsasında çıxış edir. 22 yaşlı yarımmüdafiəçi müqavilə ilə İspaniya "Real"ına məxsusdur.
 
Norveç millisi Dç-2022-nin seçmə mərhələsində martın 24-də Cəbəllütariq, 27-də Türkiyə, 30-da isə Monteneqro ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest