"Qarabağ"la müqaviləm 2+1 il müddətinədi. Əgər məni Azərbaycan millisinə də çağırsalar, bu təklifi sevinclə qəbul edərəm". Matç.az xəbər verir ki, bunu "Qarabağ"ın xorvat yarımmüdafiəçisi Filip Ozobiç deyib.

Vətənində müsahibə verən futbolçu Azərbaycan yığması barədə fikirlərini bildirib: "Hazırda millinin işləri yaxşı getmir. Komandanın Millətlər Liqasının D liqasında qalması məyusluq yaradıb. Robert Prosineçkinin millinin baş məşqçisi olduğu vaxt yığma yaxşı nəticələr göstərirdi. İndi isə Kosovoya 0:4 hesabı ilə uduzdular. Azərbaycan millisinin potensialı var. Lakin Kosovoya bu məğlubiyyət onları üzdü".

Ozobiç "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun yığmadan ayrılmasına da toxunub: "Millini "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov çalışdırırdı. Lakin artıq yığmanın baş məşqçisi deyil. Federasiyanın səbri çatmadı. Qurbanov postundan ayrıldı. Nə baş verdiyini dəqiq bilmirəm. O, "Qarabağ"ın oyun üslubunu milliyə də aşılamaq istəyirdi".

Ozobiç yığmanın boş qalan baş məşqçi postu barədə də danışıb: "Onların Robert Prosineçkini qaytarmaq istədiyini oxudum. Bu məsələdə onların şansı olub-olmadığını bilmirəm. Federasiyaya rəhbərlik edənlər ən yaxşı qərarı verərlər".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest