Komandanı yenidən quracaq Terim transferə çıxarılmasını istəyi Sərdar Əzizə 4 milyon avro qiymət qoyulub. Onun kimi lazımsız hesab edilən Erenə də özünə klub tapması tapşırılıb.

2018/19 mövsümünün arxada qalan hissəsini uğursuz keçirən Türkiyə "Qalatasaray"ını ciddi islahatlar gözləyir. Matç.az xəbər verir ki, İstanbul nəhəngi 6 futbolçunu komandadan kənarlaşdırmağa qərar verib.

Baş məşqçi Fatih Terim ümidləri doğrultmayan futbolçuları müəyyənləşdirib və siyahını rəhbərliyə təqdim edib. Mütəxəssis üç yeni oyunçu da istəyib.

ön xətdən narazı olan Terim iki hücumçu, bir dayaq yarımmüdafiəçisi və bir mərkəz müdafiəçisinin alınması təklifini irəli sürüb.

Bu islahatların baş verəcəyi gözlənilən idi. çünki çempionlar Liqasının "Lokomotiv"lə Moskvadakı görüşündən sonra Terim belə addım atılacağına eyham vurmuşdu. "Azarkeşlər izni ilə yanvar və iyulda əlimizdən gələn, klubumuzun gücü çatanları edəcəyik" deyən mütəxəssis transfer dönəmlərini önə çəkmişdi. çalışdırıcı futbolçunun pul cərimə və ya əsas komandadan kənarlaşdırılmağının çıxış yolu olmadığını da gizlətməmişdi.

Komandanı yenidən quracaq Terim transferə çıxarılmasını istəyi Sərdar Əzizə 4 milyon avro qiymət qoyulub. Onun kimi lazımsız hesab edilən Erenə də özünə klub tapması tapşırılıb.

Baş məşqçinin sisteminə uyğun gəlməyən Maykonun satışı üçün "Əl-İttihad"la danışıqlar başlayıb. Yeni dayaq yarımmüdafiəçisi alınsa, Donk mərkəz müdafiəçisi kimi oynayacaq. "Akhisar"dan gələn ömər Bayramla Muğdat çelik də "qara siyahı"da yer alıb. Onlara müştəri tapılan kimi hər ikisi göndəriləcək. "Everton"dan icarəyə götürülən Henri Onyekkuru da komandadan ayrılacaq futbolçulardandı.

"Qalatasaray" həm də gözünü Aleks Tellesin transferinə dikib. "Porto" Türkiyə klubundan 6,5 milyon avroya aldığı oyunçunu "Atletiko"Ta satsa, "sarl-qırmızılar"da bu keçiddən payını alacaq. Anlaşmaya əsasən madridlilərin vermək istədiyi 40 milyon avronun 10 faizi İstanbul klubuna çatmalıdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest