Avropada 2018-ci ilin ən məhsuldar futbolçuları açıqlanıb. Matç.az xəbər verir ki, UEFA-nın tərtib etdiyi cədvəldə rəsmi oyunlarda vurulan qollar nəzərə alınıb.

Cədvələ il ərzində keçirdiyi 54 oyunda 51 qol vuran Lionel Messi başçılıq edir. O, "Barselona" və Argentina millisində üst-üstə bu qədər qola imza atıb.

"Real", "Yuventus" və Portuqaliya millisində 53 oyuna 49 qol vuran Kriştianu Ronaldo 2-ci sıradadı. Bu iki əfsanə birlikdə 100 qol vurmağa nail olub.

"Bavariya" və Polşa yığmasının ulduzu Robert Levandovski 56 matçda 46 dəfə rəqiblərini məyus edib. Avropada çıxış edənlər arasında 4-cü yerdə Məhəmməd Salahdı. O, "Liverpul" və Misir millisindəki 55 qarşılaşmada 44 qola sevinib.

63 oyunda 42 dəfə fərqlənən Harri Keyn "Tottenhem" və İngiltərə yığmasındakı çıxışı ilə 5-ci sırada qərarlaşıb.

"Düdelanj" və Lüksemburq yığmasının üzvü David Turpel 49, "Atletiko" və Fransa millisinin hücumçusu Antuan Qrizmann 71 oyunda 40 qol vurub.

Qeyd edək ki, 2010, 2012 və 2016-cı illərdə də 1-ci yeri tutan Messi 4-cü dəfə hamını qabaqlayıb. Bununla da argentinalı 4 dəfə (2011, 2013, 2014, 2015) ilin bombaridri olan Ronaldoya çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest