Serbiyalı mütəxəssis Çin klublarının birindən sərfəli təklif alıb və bu səbəbdən Azərbaycandakı fəaliyyətinə son qoymaq niyyətindədi.

Qış fasiləsində 6 futbolçu - Ebrima Sohna, Bahodir Nəsimov, Georgios Georgiadis, Herve Tçami, Elnur Cəfərov və Məmməd Quliyevlə yollarını ayıran "Keşlə" daha bir əcnəbi ilə vidalaşa bilər. Matç.az xəbər verir ki, fiziki hazırlıq üzrə məşqçi Aleksandr Krakliç paytaxt təmsilçisindən ayrılmaq fikrinə düşüb. Əldə etdiyimiz məlumata görə, serbiyalı mütəxəssis çin klublarının birindən sərfəli təklif alıb və bu səbəbdən Azərbaycandakı fəaliyyətinə son qoymaq niyyətindədi.

Qeyd edək ki, qış hazırlığına öncə  Bakıda start verəcək "Keşlə" yanvarın 13-də Türkiyəyə yollanacaq. Komanda Antalyada 2 həftəlik toplanış çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdırır.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest