Buna 73 il əvvəl təsadüf olunub. 1945-ci ildə Mett Basbinin rəhbərliyi altında ardıcıl 5 qələbə qazanan mançesterlilər...

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında ardıcıl 4-cü qələbəsini qazanıb. Matç.az xəbər verir ki, XXI turda "Nyukasl"ı 2:0 hesabı ilə yenən mançesterlilər Ole-Qunnar Sulşerin baş məşqçi postuna təyinatından sonra itkisiz irəliləyir.

Joze Mourinyonu əvəzləyən norveçli klub tarixində özünün startında ardıcıl 4 qələbə qazanan 2-ci məşqçidi. Ona qədər yalnız bir baş məşqçi MY-dəki ilk 4 oyununda itki ilə üzləşməmişdi.

Buna 73 il əvvəl təsadüf olunub. 1945-ci ildə Mett Basbinin rəhbərliyi altında ardıcıl 5 qələbə qazanan mançesterlilər həmin rekordu növbəti turda təkrarlamaq imkanına malikdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest