"Sabah"ın yarımmüdafiəçisi Erik Ramosun vaxtilə şərəfini qoruduğu "Neftçi"də geyindiyi forma satışdadı. Matç.az saytı xəbər verir ki, futbol formalarının satışı ilə məşğul olan xarici saytlardan birində Ramosun forma elanı da yerləşdirilib.

Hansı ki, o, həmin formanı hazırda "Keşlə" adlanan keçmiş "İnter"lə qarşılaşmada geyinib. Maraqlısı burasındadı ki, ilk olaraq 150 dollara satışa çıxarılan formanın qiyməti 30 dollara qədər düşüb.

Həmin saytda bir çox böyük klubların məşhur oyunçularının futbolkaları da satışa çıxarılıb.

Qeyd edək ki, 2012-2016-cı illərdə "Neftçi"nin şərəfini qoruyan Erik Ramos cari mövsümün əvvəlində "Sabah"a keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest