"Qəbələ" ilə yollarını ayıran Aqil Məmmədovun karyerasını "Neftçi"də davam etdirəcəyi dəqiqləşib. Bu barədə matç.az saytına açıqlamasında 29 yaşlı qolkiper özü məlumat verib.

O bildirib ki, köhnə-yeni komandası ilə 1,5 illik müqavilə imzalayacaq. Hazırda istirahətdə olan Məmmədov paytaxt təmsilçisi ilə münasibətləri yanvarın 6-da rəsmiləşdirəcək: "İndi dincəlirəm. çox güman ki, ayın 6-da müqavilə bağlayacam. Ertəsi gündən isə komanda ilə məşqlərə başlayacam".

Qeyd edək ki, Aqil Məmmədov "Qəbələ"yə ötən ilin yayında AZAL-dan keçib. O, 2015-16 və 2017-ci illərdə "Neftçi"nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest