"Sevilya" və Kolumbiya millisinin futbolçusu Luis Muriel klubunu dəyişib. Matç.az xəbər verir ki, hücumçu icarə əsasında "Fiorentina"ya keçib.

Cənubi amerikalı mövsümün sonunadək İtaliya klubunun uğurları üçün çalışacaq. Əvvəllər də Apennin yarımadasında çıxış edən 27 yaşlı forvard "Udineze", "Leççe" və "Sampdoriya"da oynayıb.

Qeyd edək ki, kolumbiyalı "Sevilya"da keçirdiyi 35 oyunda 8 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest