Futbol üzrə Gürcüstan çempionatında 6-cı turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi "Telavi" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Saburtalo" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Vüqar da bu görüşün iştirakçısı olub. 27 yaşlı futbolçu start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Bu, azərbaycanlı futbolçunun bir neçə gün öncə müqavilə bağladığı Gürcüstan klubundakı debüt qarşılaşması olub.
 
Qeyd edək ki, "Telavi" cari mövsümdə keçirdiyi 6 oyunda 6 xal toplayıb və 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest