İngiltərə Premyer Liqasının XXI turunun "Liverpul"la ev oyunundakı qələbə "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub. Matç.az xəbər verir ki, ispan mütəxəssis komandasının "sükanı arxası"nda 100-cü qələbəsini qazanıb.

2:1 hesablı qələbəyə qədər MS Qvardiola ilə 99 dəfə qalıb gəlmişdi.

2016-cı ilin yayından Mançester təmsilçisinə rəhbərlik edən ispaniyalı bunadək "Barselona"da 179, "Bavariya"da 121 qələbə qazanmışdı. Qvardiola 3-cü klubunda da "100"ü fəth edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest