İngiltərənin "Lester Siti" klubunun müdafiəçisi çağlar Söyüncüdə koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Brendan Rocers açıqlama verib.
 
O, türkiyəli müdafiəçidə koronavirus aşkarlandığını bildirib. Bununla da Türkiyə millisinin Dç-2022-nin seçmə mərhələsi çərçivəsində keçirdiyi Niderland, Norveç və Latviya ilə oyunlara dəvət almış futbolçular arasında yoluxma sayı 14-ə çatıb. çağlar da bu matçların hər üçündə iştirak edib və 90 dəqiqə meydanda olub.
 
"Lester Siti" Premyer Liqanın 30-cu turunda doğma meydanda "Mançester Siti"yə 0:2 hesabıyla uduzub və çağlar Söyüncü bu görüşün iştirakçısı olmayıb. 24 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 16 oyuna çıxıb. Onun komandası isə 56 xalla üçüncü sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest