Topaz Premyer Liqasında yaranmış fasilə müddətində futbolçular istirahətlərini başa vurmaq üzrədi. Matç.az saytının məlumatına görə, hamıdan cəld tərpənən debütant "Sabah" artıq iki gündü Türkiyədə təlim-məşq toplanışındadı.

Digər elita təmsilçiləri isə bu həftə ərzində bir araya gələcək. Ən geci yanvarın 13-də bütün komandalarımız Antalyada olacaq.

Bir çoxunun yoxlama görüşündə üz-üzə gələcəyi rəqiblər də bəllidi. Ancaq bəzi rəqiblərlə bağlı qərar verməkdə tələsməyənlər də var.

 

"Neftçi"

Yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərində olacaq. Manavqat bölgəsində yerləşən "The Sense De Luxe" otelində məskunlaşacaq. 3 yoxlama görüşü planlaşdırılır. Yanvarın 26-sı üçün nəzərdə tutulan matçdakı rəqib hələ bəlli deyil.

18 yanvar - "Qaz Metan" (Rumıniya)

23 yanvar - "Slovan" (çexiya)

 

"Qarabağ"

Yanvarın 6-da Antalyaya yollanacaq. Təlim-məşq toplanışı 21 gün davam edəcək və komanda bu müddətdə 5 yoxlama oyunu keçirəcək. "IC Santai" otelində məskunlaşacaq ağdamlılar yanvarın 27-də Bakıya dönəcək.

12 yanvar - "Botoşani" (Rumıniya)

16 yanvar - "Paxtakor" (özbəkistan)

19 yanvar - "Bohemians" (çexiya)

23 yanvar - "Pyast" (Polşa)

26 yanvar - "Şaxtyor" (Donetsk, Ukrayna)

 

"Səbail"

Bu gün Bakıda toplaşması nəzərdə tutulub. Legionerlərin düşərgəyə bir qədər gec qoşulması gözlənilir. Komanda bir araya gələndən sonra ilk olaraq futbolçular tibbi müayinədən keçəcək və fiziki çalışmalara başlayacaq. Əsas hazırlıq Türkiyədə olacaq. Yanvarın 12-dən 25-dək Antalyada təlim-məşq toplanışı baş tutacaq. "Mirakl" otelində məskunlaşacaq bakılılar 4 yoxlama oyunu planlaşdırırlar. Yalnız yanvarın 18-dəki rəqib bilinmir.

15 yanvar - "Aqvital" (Macarıstan)

21 yanvar - "Desna" (Ukrayna)

24 yanvar - "Kaysar" (Qazaxıstan)

 

"Sabah"

ölkəni ilk tərk edən debütant yanvarın 2-dən Türkiyədədi. Komanda ayın 23-dək orda təlim-məşq toplanışı keçəcək. Antalya şəhərinin Lara bölgəsindəki "Titanik" otelində məskunlaşacaq bakılıların 4 yoxlama görüşü keçirməsi gözlənilir. Rəqiblərdən ikisi hələlik bəllidi. Yanvarın 12-si və 22-si üçün isə rəqib axtarılır.

16 yanvar - "Tobol" (Qazaxıstan)

19 yanvar - "MTK Budapeşt" (Macarıstan)

 

"Qəbələ"

Yanvarın 6-da Bakıda toplaşacaq. Ayın 6 gününü paytaxtda keçirəcək komanda daha sonra Antalyaya üz tutacaq. "Qırmızı-qaralar" yanvarın 13-27-də Lara bölgəsindəki "Trendi Lara" otelində məskunlaşacaq. Toplanış çərçivəsində 4 yoxlama görüşü olacaq.

16 yanvar - "Meppen" (Almaniya)

20 yanvar - "Yenisey" (Rusiya)

24 yanvar - "Fakel" (Rusiya)

26 yanvar - "MTK Budapeşt" (Macarıstan)

 

"Sumqayıt"

Komanda hazırlığın ikinci mərhələsini yanvarın 13-dən 27-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Belek bölgəsində keçəcək "kimyaçılar" "Qarabağ" kimi, "IC Santai" otelində qalacaq. 4 yoxlama görüşü planlaşdırılır. Lakin hələlik nə rəqiblərin adları, nə də oyunların günləri bilinir.

 

"Keşlə"

Hazırlıq prosesi iki mərhələdən ibarət olacaq. Komanda sabah Bakıda bir araya gələcək, bir həftəlik təlim-məşq toplanışı keçəcək. Yanvarın 12-də isə Antalyaya üz tutacaq. Proses 26 yanvar tarixində başa çatacaq. İki həftəlik toplanış müddətində 4 yoxlama oyunu keçiriləcək. Ancaq yanvarın 20-si üçün rəqib axtarılır.

17 yanvar - "Okjetpes" (Qazaxıstan)

23 yanvar - "Konkordiya" (Rumıniya)

25 yanvar - "çertanovo" (Rusiya)

 

"Zirə"

13-27 yanvarda Antalyada hazırlıq keçəcək. Topaz Premyer Liqasının autsayderinin hazırda iki rəqibi bilinir. Bakılılar isə 4 yoxlama görüşü planlaşdırırlar. Digər iki komanda və oyun günləri ilə bağlı danışıqlar davam edir.

15 yanvar - "Taraz" (Qazaxıstan)

18 yanvar - "Konkordiya" (Rumıniya)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest