Futbol üzrə Ukrayna Premyer Liqasında 20-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda Kiyev "Dinamo"su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Aleksandriya" 20 turdan sonra 26 xalla 14 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest