Braziliya milli komandasının sabiq futbolçusu Pelenin adı "Marakana" stadionuna verilməyəcək.
 
Matc.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb. Rio-de-Janeyronun qubernatoru Klaudio Kastro "Marakana"nın adının dəyişib "Kral Pele" olmasına razılıq verməyib.
 
Buna səbəb, stadionun adının dəyişdirilməsinə yerli əhalinin narazılıq etməsi olub. Pele Rioda yaşamayıb və ömrünün çox hissəsi San Paulo şəhərinə aiddir.
 
Braziliyalı əfsanəvi futbolçu Pele karyerasının 1000-ci qolunu "Marakana" stadionunda vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest