"Keşlə"də yeni təyinat rəsmiləşib. Matç.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin məşqçilər heyətində dəyişiklik olub.

Belə ki, klub ilə Rəşad Sadiqov arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. 35 yaşlı sabiq yarımmüdafiəçi bundan sonra komandada baş məşqçi Tərlan Əhmədovun köməkçilərindən biri kimi çalışacaq. 

Qeyd edək ki, Rəşad ötən mövsüm Əhmədovun rəhbərliyi altında "Neftçi" ilə Premyer Liqanın bürünc medalını qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest