Uğursuz mövsüm keçirən "Milan" heyətini gücləndirmək yönündə addımlar atır. Matç.az klubun saytına istinadən məlumat verir ki, İtaliya təmsilçisi Braziliya "Flamenqo"sunun hücumameyilli yarımmüdafiəçsi Lukas Paketanı alıb.

21 yaşlı oyunçu ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.

Bu transfer "Milan"a 35 milyon avroya başa gəlib.

Qeyd edək ki, Paketa 2016-cı ildən "Flamenqo"nun əsas komandasında oynayırdı. O, ötən il ilk dəfə Braziliya millisində çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest