"Sabah"ın qış hazırlıqları davam edir. Matç.az saytının məlumatına görə, yanvarın 2-dən Türkiyənin Antalya şəhərinin Lara bölgəsində təlim-məşq toplanışında olan komanda bu gün 2 məşq keçib.

Səhər məşqində fiziki, axşam məşqində isə taktiki-texniki çalışmalara üstünlük verilib.

Qeyd edək ki, "Sabah"ın Türkiyə toplanışı yanvarın 23-dək davam edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest