Bu mövsüm Super Liqada istədiyi nəticələri ala bilməyən "Fənərbağça" qış "transfer pəncərəsi"ndə ilk keçidini reallaşdırıb. Matç.az saytının məlumatına görə İstanbul təmsilçisi Liqanın sürpriz komandası "Yeni Malatyaspor"dan müdafiəçi alıb.

Türkiyə mətbuatı iddia edir ki, 26 yaşlı Sadık çiftpınarın keçidini həll edən "bülbüllər" onun qarşılığında malatyalılara 750 min avro və iki gənc oyunçunu - Barış Alıcıyla Yiğithan Güvenlini icarəyə verib.

Futbolçunun özü ilə 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, çiftpınar 2015-ci ildən "Yeni Malatyaspor"da çıxış edirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest