"Atletiko"nun müdafiəçisi Dieqo Qodin mövsümün sonunda klubunu dəyişəcək. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Uruqvay millisinin üzvü İtaliyaya köçmək qərarına gəlib.

Belə ki, 32 yaşlı mərkəz müdafiəçisi "İnter"lə ilkin razılığa gəlib. "Atletiko" ilə müqavilə müddəti cari mövsümün sonuna qədər olan Qodin yayda "neradzurra"ya havayı keçəcək. Onun milanlılarla 2+1 illik müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, "Atletiko"nun 1 illik yeni müqavilə təklifini Qodin qəbul etməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest