Türkiyədə təlim-məşq toplanışında olan "Sabah" klubu transfer çalışmalarını da davam etdirir. Matç.az saytının məlumatına görə, Topaz Premyer Liqasının debütantı, xüsusən də, hücum xəttini gücləndirmək niyyətindədi.

Bu baxımdan artıq ilk addım atılıb. Belə ki, Anqola yığmasının forvardı Aleksandr Krostovao bakılıların düşərgəsinə qoşulub. Son klubu "Zaqlebie" olan 25 yaşlı futbolçu Polşa klubu ilə artıq yollarını ayırıb. "Sabah"da məşqlərə qoşulan Krostovao baxışdan keçəcək. Baş məşqçi Elşad Əhmədov onu bir neçə yoxlama görüşündə sınamağı planlaşdırır. Futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, "Sabah" buna qədər iki transferi rəsmiləşdirib. Paytaxt təmsilçisi "Neftçi"dən Rəşad Eyubovu, "Qəbələ"dən isə Təmkin Xəlilzadəni heyətinə qatıb. Əvəzində Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov, Tural Qürbətov və ülvi İbazadə ilə yollar ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest