"çelsi" və "Barselona"nın sabiq futbolçusu Eydur Qudyonsen məşqçi kimi fəaliyyət göstərəcək. Matç.az saytı xəbər verir ki, ölkənin məşhur futbolçusu U-21 yığmasında çalışacaq.

40 yaşlı mütəxəssis yeni baş məşqçi Arnar Vidarssonun köməkçisi vəzifəsini icra edəcək. Məlumatı İslandiya Futbol Federasiyasının tvitter səhifəsi də təsdiqləyib.

Qeyd edək ki, Eydur Qudyonsen 1994-1998-ci illərdə İslandiyanın U-21 yığmasının formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest