Lissabon təmsilçisi baş məşqçi postuna "Mançester Yunayted"dən ayrılan Joze Mourinyonu gətirmək niyyətindədi. Rəhbərlik komandanı mövsümün sonuna qədər ona həvalə etmək istəyir.

Avropa Liqasının 1/16 final mərhələsində "Qalatasaray"ın rəqibi olan "Benfika" baş məşqçi Rui Vitoria ilə yollarını ayırıb. Matç.az saytının Portuqaliya mətbuatına istinadən məlumatına görə, komandaya müvəqqəti olaraq əvəzedici heyətin çalışdırıcısı Bruno Laye rəhbərlik edir.

Lissabon təmsilçisi baş məşqçi postuna "Mançester Yunayted"dən ayrılan Joze Mourinyonu gətirmək niyyətindədi. 55 yaşlı mütəxəssis 2000-ci ildə məşqçilik karyerasına məhz "Benfika"da başlayıb. Rəhbərlik komandanı mövsümün sonuna qədər ona həvalə etmək istəyir.

Qeyd edək ki, Rui Vitoriya 3,5 ildə "Benfika"ya 2 dəfə ölkə çempionluğunu, 1 dəfə ölkə kubokunu, 2 dəfə Superkubokunu, 1 dəfə isə Liqa Kubokunu qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest