Habelə "Vest Bromviç" (24 xal) ilə "Fulhem" (26 xal) də Premyer Liqanı tərk etmə zonasındadırlar. Əvəzində "Norviç Siti"nin Çempionşipdən Premyer Liqaya vəsiqəni vaxtından əvvəl təmin etdiyi müəyyənləşib.

Futbol üzrə İngiltərə Premyer Liqasında bu mövsüm elitanı tərk edəcək ilk klubun aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, 32-ci turda səfərdə "Vulverhempton"a uduzan "Şeffild Yunayted" çempionşipə düşüb.
 
Sözügedən komanda Premyer Liqada sona 6 tur qalmış 14 xalla sonuncu pillədə qərarlaşıb. Pol Hekinqbottonun çalışdırdığı "Şeffild Yunayted" Premyer Liqada yerini qorumağa imkan verən 17-ci pillədən 19 xal geri qalır. Mövsüm ərzində 17 qol vurub 56 top buraxan komandanın ən yaxşı bombardiri irlandiyalı Devid Makqoldrikdir. Makqoldrikin aktivində cəmi 6 top var.
 
Habelə "Vest Bromviç" (24 xal) ilə "Fulhem" (26 xal) də Premyer Liqanı tərk etmə zonasındadırlar. Əvəzində "Norviç Siti"nin çempionşipdən Premyer Liqaya vəsiqəni vaxtından əvvəl təmin etdiyi müəyyənləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest