İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi yeni rekorda imza atıb.
 
Matc.az xəbər verir ki, argentinalı futbolçu buna ötən gecə "Atletik"ə qarşı keçirdikləri İspaniya kubokunun final oyununda nail olub.
 
Komandasının 4:0 hesabıyla qalib gəldiyi sözügedən görüşdə Messi dubla imza atıb. Bununla da o, İspaniya kubokunun finallarında vurduğu qolların sayını 9-a çatdırıb. Argentinalı futbolçu buna 10 oyunda nail olub. Nəticədə Lionel "Atletik"in əfsanəsi Telmo Sarrunu (8 qol) geridə qoyub.
 
Qeyd edək ki, Messi eyni zamanda bu mövsüm vurduğu qolların sayını 31-ə yüksəldib və ardıcıl 13 mövsümdə 30 qol səddini keçib.
 
Yeri gəlmişkən, bu, Messi üçün ümumilikdə 35-ci titul olub. 34 yaşlı oyunçu 10 dəfə İspaniya çempionu, 8 dəfə ölkə Super kuboku, 7 dəfə Kral Kuboku, 4 dəfə çempionlar Liqası, 3 dəfə UEFA Super Kubokunun qalibi və 3 dəfə klublararası dünya çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest