ABŞ-ın "Finiks Rayzinq" klubu ötən gün daha bir yoxlama oyunu keçirib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi bu komanda "Kolorado Sprinqz Svitçbeks"lə qarşılaşıb.
 
Sözügedən komandalar hər biri 75 dəqiqədən ibarət olan iki oyun keçiriblər. İlk oyunda 1:3 hesabıyla uduzan "Finiks Rayzinq" növbəti görüşdə 5:0 hesabıyla üstün olub. Dadaşov ilk oyunun iştirakçısı olub və komandasının yeganə qolunun müəllifinə çevrilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest