Ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirən braziliyalı vinger 53,72 faiz səs toplayıb. Onu 29,71% səslə Rukavina izləyibsə, ilk "üçlüy"ü Kanananqa (10,67%) qapayıb.

"Astana" klubunda ötən yayın ən yaxşı transferi ilə bağlı səsvermə olub. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Qazaxıstan təmsilçisində azarkeşlər 5 oyunçu arasında seçim aparıb.

Belə ki, "Astana" həmin vaxt müdafiəçi Antonio Rukavina, yarımmüdafiəçilər Riçard Almeyda, Pedro Enrike, eləcə də hücumçular Rangelo Yanqa və Junior Kabananqanı heyətinə qatmışdı. 4641 nəfərin iştirak etdiyi səsvermənin qalibi Pedro Enrike seçilib. ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirən braziliyalı vinger 53,72 faiz səs toplayıb. Onu 29,71% səslə Rukavina izləyibsə, ilk "üçlüy"ü Kanananqa (10,67%) qapayıb.

Bu isə o deməkdi ki, Yanqa və Azərbaycan millisinin üzvü Almeyda ən yaxşı 3 transfer sırasına düşə bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest