Hazırlığa ən tez start götürən "Sabah" artıq 3 gündü Antalyada təlim-məşq toplanışındadı. Debütant hələ də tam heyətlə məşq keçə bilmir. Buna səbəb komandanın qol "silahı" Marko Deviçin hazırda ölkəsində olmasıdı.

Topaz Premyer Liqa klubları arasında hazırlığa ən tez start götürən "Sabah" artıq 3 gündü Antalyada təlim-məşq toplanışındadı. Matç.az saytının məlumatına görə, debütant hələ də tam heyətlə məşq keçə bilmir.

Buna səbəb komandanın qol "silahı" Marko Deviçin hazırda ölkəsində olmasıdı. Məsələ burasındadı ki, baş məşqçi Elşad Əhmədov 35 yaşlı forvarda əlavə bir neçə günlük istirahət imkanı verib. Ukrayna millisinin sabiq üzvü yanvarın 8-də düşərgəyə qoşulacaq. Deviçdən fərqli digər legionerlərin hamısı hazırda təlim-məşq toplanışındadı.

Qeyd edək ki, mövsümün ilk yarısında 6 qol vuran Marko Deviç bombardirlər yarışında ikinci pilləni bölüşür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest