Avropa Super Liqası turnirinin təşkilatçıları UEFA və FİFA prezidentləri ilə danışıqlar aparıblar.
 
Matc.az xəbər verir ki, yeni yaradılan Super Liqa rəhbərliyinin UEFA və FİFA-nın mümkün sanksiyalarına qarşı tədbirlər görməyə qərar verib.
 
Belə ki, Avropa Super Liqasında iştirak edəcək klublar sözügedən qurumlar tərəfindən sanksiya ilə üzləşərsə, onlar UEFA və FİFA-nı məhkəməyə verəcəklər.
 
UEFA və FİFA Avropa Super Liqasına qatılacaq klubların həm yerli turnirlərə, həm də UEFA və FİFA bayrağı altında təşkil olunan yarışlara buraxılmayacağını bəyan ediblər. Hətta bu klubların formasını geyinən futbolçuların ölkələrinin milli komandasında oynamasına da qadağa qoyulacağı da deyilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest